Ən çox izlənən videolar

Havanın oyun havası (VİDEO)

Son günlər hava şəraitinin qeyri-sabit keçməsi bəzi bölgələrdə fəsadlara səbəb olub. Məsələn, bir neçə gün əvvəl Zaqatala rayonuna yağan leysan yağişları nəticəsində köməksiz vəziyyətdə qalan 12 ailənin üzvləri təxliyyə olundu.

Bundan əlavə, dağlara yağan intensiv və leysan yağişlar nəticəsində Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun üzərində olan Muxax, Lahic, Bəhmətli, Zəyəm kəndlərinin ərazilərini su basdı.

Nəticədə həyətyanı sahələrə, əkin yerlərinə və ev təsərrüfatlarına ziyan dəyib. Qeyri-sabit hava kənd təsərrüfatına da ziyan vurub. Kənd təsrrüfatı Nazirliyinin Aqrar Elm İnformasiya və Məsləhət Mərkəzinin İnformasiya və Məsləhət Xidməti şöbəsinin müdiri Faiq Xudayev REAL -a açıqlamasında bildirdi ki, qeyri sabit hava şəraiti əsasən meyvəçiliyə ziyan vurub. Bu ziyanın da dəyəri o qədər də böyük deyil.

Bu kateqoriyadan digər videolar
Digər videolar