Ən çox izlənən videolar

Vətəndaşın köməyinə çatan polis - VİDEO

Bakının Binəqədi rayonunda xroniki xəstəliyi olan şəxs polisin köməyi ilə xəstəxanaya çatdırılıb.

Hadisə bu gün səhər saatlarında Binəqədi rayonu, Biləcəri qəsəbəsində baş verib. Qəsəbə sakini, xroniki xəstəliyi olan qadının səhhətində qəfil problem yaranıb. Qadının həyat yoldaşı ərazidə xidmət aparan Binəqədi rayon Polis İdarəsinin əməkdaşlarına müraciət edərək, onlardan kömək istəyib.

Çağırışa dərhal və təxirəsalınmaz müdaxilə edən polis əməkdaşları xəstəni şəxsi avtomobillə xəstəxanaya çatdırıblar.

Xəzər rayonu Binə qəsəbəsində isə yaralı qadına ərazidə xidmət aparan Xəzər RPİ Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən ilkin təcili yardım müdaxiləsi göstərilməklə xəstəxanaya çatdırılıb.

Qadın mətbəxtdə qab yuyarkən sınan şüşə onun qoluna bataraq, damarlarını zədələyib. Küçəyə çıxan qadının köməyinə çatan polis əməkdaşları onu xidməti avtomobildə olan dərman və tibbi sarğılarla bağlayaraq ilkin yardım göstərməklə qan itirmənin qarşısını alıblar.

Qeyd edək ki, Polislərin gün ərzində vətəndaşları tək bunlarla kifayətlənmiyib. Sosial şəbəkələrdə yayılan digər fotolarda da bunu aydın görmək mümkündür.

Bu kateqoriyadan digər videolar
Digər videolar