Ən çox izlənən videolar

Virusla mübarizədə Gürcüstan təcrübəsi - VİDEO

Ekspertlərin fikrincə Azərbaycanda tətbiq edilən həftəsonu məhdudiyyətləri çox effektiv olacaq. Qonşu Gürcüstanın təcrübəsinə baxsaq, görərik ki, bu ölkədə tətbiq edilən məhdudiyyətlər öz təsirini göstərdi.

"Bütün dünyada pandemiya davam edir. Təkcə Azərbaycanda yox digər ölkələrdədə. Həm sizdə, həm bizdə Gürcüstanda, həm qonşu Türkiyədə bu pandemiya davam etməkdədir. Azərbaycanda tətbiq edilən qaydalar və məhdudiyyətlər ÜST-lə razılaşdırılır və beynəlxalq təşkilatlar tərəfindən dəstəklənir.

Hələ ki, virusun peyvəndi və konkret müalicəsi yoxdur, belə olan halda virusa yalnız sosial məsafə, gigiyena qaydalarına əməl etmək, və məhdudiyyətlətlərlə qalib gəlmək mümkündür.

Sizdən fərqli olaraq biz təkcə həftəsonları deyil, həftə içidə məhdudiyyətlər tətbiq etdik. Biz 2 aya yaxın xüsusi karantin rejimi tətbiq etdik. Karantin bütün ölkədə tətbiq edilirdi. Bəzən elə hallarda olurdu ki, biz yalnız 1 kənd və ya 1 rayonu bağlayırdıq."

Qeyd edək ki, Gürcüstanda 276 nəfər stasionar şəraitdə müalicə olunur. Ümumilikdə yoluxanlardan 663 nəfər sağalıb, 13 nəfər isə vəvat edib.

Xatırladaq ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

Bu kateqoriyadan digər videolar
Digər videolar