Ən çox izlənən videolar

Podratçı təşkilatın özbaşınalığı (VİDEO)

“Azəriqaz” İstehsalat Birliyi Suraxanı və Abşeron rayonlarında işbazların əməllərini üzə çıxarıb. Podratçı təşkilat da belə hallara yol verməkdən çəkinməyib.

Çöl eyvandan rezin boru ilə və ya sayğac olmadan birbaşa qoşulma.

Bu vəziyyət Abşeron rayonu Xırdalan şəhəri Mehdi Hüseynzadə küçəsi 1 a ünvanında yerləşən bina üçün potensial təhlükədir.

“R+R” Mənzil Tikinti Kooperativinin inşa etdiyi bina 2 blok, 66 mənzildən ibarətdir. 55 mənzildə yaşayış mövcuddur. Həmin binanın yalnız 31 mənzilində qaz sayğacı quraşdırılaraq qeydə alınıb, abonent kodu təyin edilib. Digərlərinə isə qaz açılışı ilə bağlı hər hansı rəy verilməyib. İki fakt binanın fasadından aydın göründüyü üçün tam təsdiqini tapıb. Daha 10-a yaxın mənzildə də belə halların mövcudluğuna dair ciddi əsaslar var.

Karantin rejimini əsas gətirərək sakinlərin mənzil baxışına şərait yaratmaması da binada çox sayda qanunsuz qoşulmanın olduğunu deməyə əsas verir.

Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəb küçəsində isə qanunsuz şəkildə qaz xətti çəkilərək 4 fərdi yaşayış evinə qaz verilib. Dövlət Neft Şirkətinə məxsus pay hasilat torpaqlarının ərazisindən qaz xətti çəkilməsi qadağan olunduğu halda, bu işi podratçı təşkilatlardan biri icra edib və nəticədə vətəndaşlar aldadılıb.

Başqa yerlərdə layihə əsasında quraşdırılmalı sayğaclar gətirilərək bu ərazidə yaşayan vətəndaşların istifadəsinə verilib. Qeyd edək ki, bu cür ərazilərdə daşıyıcı qaz xətləri yaşayış evinin yaxınlığından keçdiyi halda həmin evə qaz verilişinə icazə verilə bilər.

“Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları aldanmış vətəndaşlara vəziyyyəti yerində izah etməklə qaz təchizatını dayandırıb və sayğacları açaraq götürüb. Lakin onu da qeyd edək ki, baş verənlərdə heç bir günahı olmayan aldadılan insanlara hansısa güzəştlərin edilməsi üçün Birliyin rəhbərliyi müvafiq işlərin görülməsinə çalışacaq.

Bu kateqoriyadan digər videolar
Digər videolar