Ən çox izlənən videolar

R.T.Ərdoğan 90 gün vizasız səyahət sənədini təsdiqlədi - YENİLƏNİB, FOTO, VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Azərbaycan arasındakı vizasız səyahət müddətinin 30 gündən 90 günə qaldırılması ilə bağlı sənədini imzalayıb. Sənəd imzalandığı gündən qüvvəyə minir. 

Qeyd edək ki, Milli Məclisin  keçirilən iclasında Azərbaycan ilə Türkiyə arasında qarşılıqlı əsasda vizadan azadetmə haqqında sazişin təsdiq edilməsi barədə qanun layihəsi müzakirə olunmuşdu. 
Sənədə əsasən, Azərbaycana 90 günədək müddətə səfər etmək istəyən Türkiyə Respublikasının etibarlı ümumvətəndaş pasportuna malik olan vətəndaşları üçün viza tələbi ləğv edilir.

Mövcud qanunvericilikdə isə bu müddət 30 gün idi.

REAL-ın TÜRKİYƏ bürosu

Bu kateqoriyadan digər videolar
Digər videolar