Ən çox izlənən videolar

Neft bahalaşmaqda davam edəcəkmi? - VİDEO

London birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 39 dolları ötüb. Tarixdə ilk dəfə olaraq may ayında qara qızılın qiyməti 90 faiz artıb. Sonuncu belə rekord 1990-cı ilin sentyabrında qeydə alınıb. həmin vaxt qiymətlər bir ay ərzində 45 faiz yüksəlmişdi. Mütəxəssislərin fikrincə neftin qiymətindəki sürətli və ardıcıl artım neft hasialtında azalmanın gözlənilənin əksində daha tez baş verməsi və məhsula tələbatın çoxalmasıdır.

OPEC+ ölkələrinin nazirlərinin görüşünün yaxınlaşması və saziş çərçivəsində hasilatın indiki səviyyədə azaldılmasının sentyabr ayının 1-dək uzadılması barədə xəbərlər də neftin qiymətini artırır. Ekspert may və iyun ayları üçün nəzərdə tutulan azalmanın sonrakı aylarda da tətbiq edilməsini vacib hesab sayır.

Xatırladaq ki, aprelin 12-də OPEC+ iştirakçıları hasilatın may-iyun aylarında gündəlik 9,7 milyon barel, ilin ikinci yarısında 7,7 milyon barel və 2021-ci ildən 2022-ci il aprel ayının sonuna qədər 5,8 milyon barel azaldılmasına razılıq verib.
 

Bu kateqoriyadan digər videolar
Digər videolar