Ən çox izlənən videolar

Büdcəyə yenidən baxılmayacaq - VİDEO

“2020-ci il Azərbaycanın dövlət büdcəsinin proqnozlarına yenidən baxılması üçün hökumətə müraciət etməmişik.”

Bunu Maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.

“Hazırda biz tələsmirik, daha çox gözləyici mövqe nümayiş etdiririk”, - o, əlavə edib.-

Nazir ölkədə koronavirus pandemiyasına görə karantin rejiminin tətbiq edildiyini xatırladıb:

“Şübhəsiz ki, karantin rejiminin mənfi təsirləri qaçılmaz idi. Lakin biz bu gün karantindən çıxmaqla ölkə iqtisadiyyatında başqa prosesləri izləyirik. Dörd ayın nəticələrinə görə artıq məlumatlar mövcuddur. Beş ayın nəticələri isə yaxın vaxtlarda olacaq”

Xatırladaq ki, bu ilin dövlət büdcəsinin gəlirləri 24 mlrd 134,5 milyon manat, xərcləri isə 26 mlrd 894,7 milyon manat məbləğində proqnozlaşdırılır.

Bu ilin yanvar-aprel aylarında dövlət büdcəsinin gəlirləri 9,6 milyard manat, xərcləri isə 7,3 milyard manat təşkil edib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 27,6% və 0,7% çoxdur.

Son nəticədə büdcədə 2,3 milyard manat qalıq yaranıb.

Bu kateqoriyadan digər videolar
Digər videolar