Ən çox izlənən videolar

Qonur ayı baytar nəzarətindədir (VİDEO)

Şəkidə aşkarlanan Qonur ayı iki gündür ki, Xızı rayonunda yerləşən Vəhşi Təbiətin Bərpası Mərkəzində realibilitasiya olunur. Ayı normal qidalanır və həkimlərin bildirdirdiyinə görə, onun vəziyyəti getdikcə normal hala düşməkdədir.

Qonur ayı Vəhşi Təbiətin Bərpası Mərkəzinə gətirilərkən vəziyyəti o qədərdə yaxşı olmayıb. Mütəxəssislər onun hansısa vəhşi heyvanın təcavüzünə məruz qaldığını, başından və gözündən xəsarətlər aldığını bildirirlər. Həkimlər zədəli heyvanın təcili müalicəsinə başlayıblar. Artıq yaralar qaysaq bağlayıb.

Mütəxəssislər artıq qonur ayının vəziyyətinin stabilləşdiyini bildirirlər. Qeyd edək ki, Qonur ayı əsasən meyvələrlə qidalanır.

Realibilitasiya Mərkəzində ayının normal qidalanması və müalicəsi üçün normal şərait yaradılıb. Qonur ayı bir müddət burada ayrılan xususi qəfəsdə qalacaq.



Realibilitasiya Mərkəzində müxtəlif heyvanlar müalicə olunur. Qonur ayı buraya gətirilən sayca üçüncü ayıdır.

Bu kateqoriyadan digər videolar
Digər videolar