Ən çox izlənən videolar

Salyanda yol təmir olunur - VİDEO

Salyan rayonunda 4 yaşayış məntəqəsinin yolu əsaslı şəkildə yenidən qurulur.

Uzunluğu 11 km olan yerli əhəmiyyətli Yuxarı Noxudlu-Aşağı Noxudlu-Xurşud-Aşağı Kürkənd avtomobil yolu boyunca işlər sürətlə aparılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan yenidənqurma işləri çərçivəsində uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan və deformasiyaya uğramış yol 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir.

Yolun eni 10 metrə qədər genişləndirilir. Bura 6 metr hərəkət hissəsi və 2 metr çiyinlər daxildir. Layihə çərçivəsində deformasiyaya uğramış mövcud örtük və yararsız qrunt qazılıb çıxarılır, əvəzinə yararlı material tökülərək əks-dolğu və kipləşdirmə işləri, daha sonra qum-çınqıl və optimal-qırmadaş qarışıqlarından istifadə olunmaqla yol əsasının alt və üst layının inşası işləri də aparılır. Kürkənd yaşayış məntəqəsində yol əsası tam hazır olduğu üçün yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb və bu çərçivədə artıq 3 km-lik işlər yekunlaşdırılıb.

Yol boyu yerləşən əkin sahələrinin suvarılması üçün yolun altından suların ötürülməsi məqsədi ilə mövcud metal və dəmir-beton borular bərpa olunub, zəruri olan yerlərdə müxtəlif diametrli yeni boruların tikintisi işləri aparılıb. Ümumilikdə yol boyu müxtəlif diametrlərə malik 586 paqon-metr uzunluğunda 55 metal və dəmir-beton suötürücü borular quraşdırılıb, 1 dördbucaqlı su keçidi inşa edilib.

Bundan başqa Kürkənd yolunda mövcud körpülərin məhəccərləri sıradan çıxdığı, təkərqaytaranlar və gediş hissəsi tavası yararsız vəziyyətə düşdüyü üçün bu istiqamətdə də təmir-tikinti işləri görülüb. Belə ki, Akkuşa çayı üzərində hər birinin uzunluğu 12 metr olan 2 körpü əsaslı şəkildə yenidən qurulub.

Tikinti layihəsinin sonuncu mərhələsində zəruri olan yerlərdə 4 avtobus dayanacağının tikintisi, 22 km göstəricisinin, 68 yol nişanı və məlumatverici lövhələrin, 210 siqnal dirəyinin quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi ilə yaxın müddət ərzində sözügedən yolda müasir yol infrastrukturu yaradılacaq və vətəndaşlarımızın istifadəsinə veriləcək.

REAL

Bu kateqoriyadan digər videolar
Digər videolar