Ən çox izlənən videolar

Milli laboratoriyaya beynəlxalq rəy - VİDEO

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Analitik Ekspertiza Mərkəzinin nəzdində fəaliyyət göstərən Abşeron Regional Sınaq Laboratoriyasının akkreditasiya sahəsinə daxil olan metodlar üzrə qiymətləndirilməsi aparılaraq, milli akkreditasiyadan keçib.

Belə ki, laboratoriyanın İSO17025 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartına uyğunluğu təmin edilib.

Loboratoriyanın müdir müavini bildirdi ki, beynəlxalq akkreditasiyadan keçdikdən sonra loboratoriyada müayinə edilmiş məhsulların xarici ölkələrə ixrac prosesi asanlaşacaq. Bu da həm ölkənin ixrac potensialının yüksəlməsinə, həm də sahibkarların bu prosesi daha rahat və asanlıqla keçməsinə şərait yaradacaq.

Sözügedən laboratoriya qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələrin aparılması üçün ən müasir cihaz və avadanlıqlarla təchiz edilib.

Bununla yanaşı, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu və BIPEA arasında imzalanmış bir illik müqaviləyə əsasən, Abşeron Regional Sınaq Laboratoriyasında hər ay göndərilən şərab nümunələrinin sınaqları həyata keçirilir. Hər bir nümunədə azı 15 parametr üzrə beynəlxalq laboratoriyalararası qarşılaşdırılma qiymətləndirilir.

Bundan başqa İnstitutun digər laboratoriyaları mütəmadi olaraq peşəkarlıq sınaqlarına cəlb edilir, laboratoriyaların akkreditasiyadan keçməsi, beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində zəruri tədbirlər görülür.

Bu kateqoriyadan digər videolar
Digər videolar