Ən çox izlənən videolar

Maliyyə naziri parlamentdə - VİDEO

“Azərbaycanın xarici valyuta mövqeyi 2019-cu ildə xeyli möhkəmlənib. Valyuta ehtiyatları dövlət borcunu təxminən 5 dəfə üstələyib”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı Maliyyə naziri Samir Şərifov deyib.

“Biz tələsmirik. Daha çox gözləmə mövqeyi nümayiş etdiririk. Karantinin müəyyən mənfi iqtisadi təsirləri qaçılmaz idi. Qeyd etmək istərdim ki, operativ məlumatlarımız göstərir ki, büdcənin icrası ilə bağlı hansısa problemlər yoxdur. Büdcədə beş ayın nəticəsi olaraq, kifayət qədər profisit var. Operativ məlumatlara əsasən, bizdə 500 mln. manat profisit yarandığını göstərir, deyə nazir bildirib”.

Bu kateqoriyadan digər videolar
Digər videolar