Ən çox izlənən videolar

Qanundankənar sosial şəbəkələr - VİDEO

Hər kəs sosial şəbəkədə yazdığı yazıya görə qanun qarşısında məsuliyyət daşımalıdır.

Bunu Millət vəkili Arzu Nağıyev deyir. O, bunun üçün qeydiyyatdan keçərkən doğru məlumatların yerləşdirilməsini məcburi edən mexanizmin tətbiqini təklif edir.

Parlamentarinin sözlərinə görə, sosial şəbəkələrdə qeyri-sağlam düşüncə sahiblərinin -psixoloji problemləri olanların, terrorçuların, insan alveri, insan orqanlarının qanunsuz transplantasiyası ilə məşğul olanların olduğunu nəzərə alsaq, onda bunun qanuləşdirilməsinə ehtiyac artır. Bununla belə, sosial şəbəkələrin tam məhdudlaşdırılmasından, yəni bağlanmasından söhbət getmir.

Nəzərə alsaq ki, prosesə Birləşmiş Ştatlar səviyyəsində münasibət bildirilir, onda məsələnin nə qədər ciddi olduğu bir daha gündəmə gəlir:

Sosial şəbəkə istifadəçilərinin qanun qarşısında cavabdehliyi məsələsi yalnız Birləşmiş Ştatlarda deyil, eyni zamanda Avropa ölkələrində də gündəmdədir. Təkcə 2020-ci ildə sözügedən məsələ ilə bağlı Almaniya Bundestaqına iki müraciət daxil olub.

Bu kateqoriyadan digər videolar
Digər videolar