Ən çox izlənən videolar

İlham Əliyev: “Azərbaycan hazırda iki təşkilata sədrlik edir” - VİDEO

"Belə təsadüf edib ki, Azərbaycan hazırda iki təşkilata - Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına və Qoşulmama Hərəkatına sədrlik edir. Ötən il bizim çox uğurlu Zirvə görüşümüz olmuşdur və Azərbaycan 120 ölkənin yekdil qərarı ilə bu təşkilata sədr seçilmişdir. Buna görə düşündük ki, bütün dünya üçün bu önəmli vaxtda liderlik göstərmək və çox mühüm əməkdaşlıq formatını yaratmaq bizim öhdəliyimizdir".

REAL xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Asiya İnkişaf Bankının təşəbbüsü ilə bankın prezidenti Masatsuqu Asakava, vitse-prezidenti Şiksin Çen və bankın rəhbərliyinin digər nümayəndələri arasında videokonfransda deyib.

Zirvə görüşündən sonra üzv ölkələrin müvafiq nazirlərinin iştirakı ilə koronavirusla mübarizə sahəsində birgə səylərlə bağlı çox mühüm məsələlərə həsr olunan bir sıra konfransların keçirildiyini bildirən Dövlət başçısı həmçinin, Ümumdünya Səhiyyə Təşkilatına edilən ianələrdən də danışıb.

Bu kateqoriyadan digər videolar
Digər videolar