Ən çox izlənən videolar

Şəmkir polisi əməliyyat keçirib - VİDEO

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb. Beləki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Möhsün Hacıkişiyev və əvvəllər məhkum olunmuş Zakir Əmiraslanov rayon ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib. Onların üzərinə baxış keçirilən zaman M. Hacıkişiyevin üzərindən 2 ədəd kağız bükümdə çəkisi 1.164 qram narkotik vasitə olan “heroin”, Z. Əmiraslanovun üzərindən isə 1 ədəd sellofan bükümdə çəkisi 0.478 qram narkotik vasitə olan “heroin” aşkar olunub.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitəni saxlanılan şəxslərə satmaqda şübhəli bilinən Şəmkirin Şiştəpə kənd sakini əvvəllər məhkumluq həyatı yaşayan Ramiz Əliyev də yaxalanıb.

Şəmkir və İmişli rayon Polis Şöbələrinin əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik alqı-satqısı ilə məşğul olan şəbəkənin digər üzvü İlham Qəhrəmanov da saxlanılaraq İmişli rayon Polis Şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman çəkisi 17 qram olan “heroin” tapılıb.

Hazırda cinayətkar şəbəkənin digər üzvlərinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

REAL

Bu kateqoriyadan digər videolar
Digər videolar