Ən çox izlənən videolar

Güclü külək fəsadlar törədib - VİDEO

22 may axşam saatlarından başlayaraq bir sıra qərb rayonlarında əlverişsiz hava şəraiti fəsadlar törədib. Güclü külək Gəncə şəhəri, Şəmkir, Samux, Şəki, Qax, Balakən və Zaqatala rayonları ərazisində ciddi fəsadlar törədib, dam örtüklərini və iri gövdəli ağacları elektrik xətlərinin üzərinə aşırıb, bəzi yaşayış massivlərində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaradıb.

Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəis müavini Real televiziyasına müsahibəsində bildirdi ki, görülən tədbirlər nəticəsində elektrik enerjisinin verilişi tam bərpa edilib.

Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görə mayın 25-ə qədər güclü şimal-qərb küləyinin davam edəcəyi proqnozlaşdırılır.
 

Bu kateqoriyadan digər videolar
Digər videolar