Ən çox izlənən videolar

Bayram namazı ilə bağlı açıqlama - VİDEO, YENİLƏNİB

On bir ayın sultanı mübarək Ramazan ayı başa çatır, bayram may ayının 24-nə təsadüf edir.

Şamaxı rəsədxanasının hesablamalarına əsasən Azərbaycan ərazisində bu gün ayın görünmə ehtimalı böyükdür. Ay göründüyü zaman isə bayram qeyd edilir.

Ramazanın vacib əməllərdən biri də bayram namazlarının qılınmasıdır. Qafqaz Müsəlmanları idarəsinin rəsmisi Hacı Şahin koronavirus infeksiyasının yayılma riskini nəzərə alaraq bu il bayram namazlarının məscidlərdə qılınmasının təxirə salındığını deyir.

Ramazan ayında oruc tutmaqla yanaşı, vacib olan başqa əməllərdən biri də fitrə zəkatıdır. Ramazan ayı bitmədən maddi imkanı normal olan hər bir müsəlman fitrə sədəqəsi verməlidir.

İlahiyyatçının sözlərinə görə, fitrə zəkatı ödəmək yalnız imkanı olan şəxslərə vacibdir. Bu insanlar gündəlik zəruri ehtiyaclarını təmin edə bilənlərdir. Maddi imkanı olmayanlar isə fitrə zəkatı ödəməkdən azaddırlar.

REAL

Bu kateqoriyadan digər videolar
Digər videolar