Ən çox izlənən videolar

AQTA-dan maarifləndirici reyd - VİDEO

AQTA marketlərdə xüsusi karantin rejimi dövründə müvafiq tədbirlərin icrasına nəzarət üzrə monitorinqlər keçirib.

Belə ki, agentliyin əməkdaşları qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin, ərzaq məhsullarının satışı məntəqələrində xüsusi karantin rejiminə, eləcə də Agentlik tərəfindən bu sahədə hazırlanaraq təqdim edilmiş metodiki göstərişlərin tələblərinə əməl olunması ilə bağlı nəzarət tədbirləri həyata keçirir.

Monitorinqlər zamanı qida məhsullarının satışı ilə məşğul olan sahibkarlıq subyektlərinin termiki emal olunmadan və xüsusi təmizlənmədən keçmədən istifadə olunan qida məhsullarının uyğun yerlərdə saxlanılması, bu məhsulların alıcılara xüsusi geyimli market əməkdaşları tərəfindən təqdim olunması ilə bağlı verilən tövsiyələrə əməl etməsi yoxlanılıb.

Aparılan maarifləndirici reyd zamanı vətəndaşların marketlərə daxil olarkən nələrə diqqət yetirdiyinidə öyrəndik.

Qeyd edək ki, əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində karantin rejimindən mərhələli çıxış üzrə də sözügedən nəzarət tədbirləri davam etdiriləcək.

Bu kateqoriyadan digər videolar
Digər videolar