Ən çox izlənən videolar

Z.Xanlarovadan üzr istənildi - VİDEO

Xüsusi tədbirlər nəticəsində SSRİ xalq artisti, dünya şöhrətli müğənni Zeynəb Xanlarovanın guya vəfat etməsi ilə bağlı yalnış informasiya yayan mənbələrdən biri müəyyən edilib.

Təkcə xalq artistindən deyil, eləcə də bütün Zeynəbsevərlərdən üzr istəmək üçün Real Təhil və İnformasiya Mərkəzinə gələn Goranboy rayonunun Qızılhacılı kənd sakini 36 yaşlı Elçin Tağıyev mədəniyyət işçisi olsa da, mədəniyyətdən uzaq davranışının fərqindədir.

Elçin Tağıyev Sosial şəbəkələrdə dəqiqləşdirilməmiş informasiyanının yayılmasına təkan verən və bu minvalla cəmiyyətdə böyük narahtlığa səbəb olanlara da üzünü tutaraq hərkəsi məsuliyyətli olmağa çağırır.

Bu hadisə bir daha göstərdi ki, sosial şəbəkələr məsuliyyətdən azad platforma deyil. Hər bir sosial şəbəkə istifadəçisi yazdıqlarının, danışdıqlarının məsuliyyətini dərk etməli, bəlkə də fərqinə varmadığı yalan məlumatın başqalarının həyatına təsirini nəzərə almalıdır.

Bu kateqoriyadan digər videolar
Digər videolar