Ən çox izlənən videolar

Məhkəmə fəaliyyəti təkmilləşdirilir - VİDEO

Mayın 19-da dövlətimizin başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən tədbirlərin, məhkəmə fəaliyyətində mövcud problem və neqativ halların, bununla əlaqədar qarşıda duran vəzifələrin müzakirəsinə dair Məhkəmə-Hüquq Şurasının sədri, Ədliyyə naziri Fikrət Məmmədov və Ali Məhkəmənin sədri Ramiz Rzayevin iştirakı ilə videokonfrans formatında müşavirə keçirilib.

Tədbirdə Ali Məhkəmənin sədr müavini, Ali və Apellyasiya məhkəmələrinin kollegiya sədrləri, bütün apellyasiya, regional və digər birinci instansiya məhkəmələrinin sədrləri iştirak ediblər.

Çıxış edən F.Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikanın sosial-iqtisadi inkişafını, bütün sahələrdə aparılan islahatların müsbət nəticələrini qeyd edib, dünyada tüğyan edən COVID-19 infeksiyasının qarşısının alınması ilə bağlı qəti tədbirlərdən bəhs edib. Bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən mühüm sosial və digər layihələr əhalinin rifahının yaxşılaşmasında mühüm rol oynayır.
İclasda bu ərəfədə Ali və Apellyasiya məhkəmələrinə yüksək ixtisasa və nüfuza malik yeni nəsil gənc hakimlərin təyin olunduğu vurğulanıb, Ali Məhkəmənin yeni sədr müavini və kollegiya sədrləri təqdim edilib.

Videokonfransda həmçinin Yol verilmiş süründürməçilik, sui-istifadə, vətəndaşların haqlı narazılığını doğuran digər pozuntulara, o cümlədən korrupsiya əməllərinə şərait yaradan hallara görə ötən il 48 hakimin intizam məsuliyyətinə cəlb edildiyi, 2 nəfərin səlahiyyətlərinə xitam verildiyi, 7 nəfərin tutduğu vəzifədən azad olunduğu, son aylarda isə Ali Məhkəmənin 5 hakiminin aşağı işə keçirildiyi, 7-sinin isə səlahiyyətlərinin uzadılmayaraq xitam verildiyi bildirilib.

REAL

Bu kateqoriyadan digər videolar
Digər videolar