Ən çox izlənən videolar

DMX-in rəisi videokonfrans keçirib - VİDEO

"Bütün dünyada olan pandemiya miqrasiyaya da təsirsiz ötüşməyib. Bu gün sosial izolyasiya və evdə qalmadan danışırıqsa, insanların yerdəyişmə istəkləri məhdudlaşdırılır. Bu dövrdə Dövlət Miqrasiya Xidməti operativ uyğunlaşma həyata keçirməyə çalışdı. Ölkədə bir kontingent müvafiq yaşama icazəsi olanlardır, burada davamlı yaşayanlardır. İkincisi vizasız qaydada və ya vizalı müddətdə gələnlərdir. Karantin müddətində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sağlamlığının və təhlükəsizliyinin qorunması, onların rahatlığının təmini, evdən çıxma səbəblərinin minimuma endirilməsi məqsədilə DMX tərəfindən bir sıra xidmətlər yalnız elektron qaydada həyata keçirilib. Bu sənədlər elektron poçt vasitəsilə göndərilib”.

Bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib.

“Azərbaycan ərazisində olan və koronavirusla bağlı məlum səbəblərdən ölkəni tərk edə bilməyən əcnəbilərin ölkədə müvəqqəti olma müddətinin uzadılması üçün müraciət edilməsi zərurəti aradan qaldırılıb”. Onun sözlərinə görə, müddət mayın 31-nə qədər avtomatik uzadılıb: “May ayından sonra ikinci müddətin uzadılması məsələsi də aktuallaşdığından razılaşdırılmış qaydada qərar qəbul edildi ki, əcbəbilər giriş-çıxış bərpa olunana qədər ölkədə yaşaya bilərlər. Bir dəfə 60 gün müddəti uzadılan şəxslərin müddəti yenə uzadılıb”.

V.Hüseynov bildirib ki, dövlət sərhədində tətbiq olunan məhdudiyyətlər aradan qaldırılandan sonra həmin əcnəbilərin hansı müddətdə ölkəni tərk etmələri barədə qərar veriləcək.

Xidmət rəisi onu da  qeyd edib ki, müvəqqəti yaşamaq üçün icazənin verilməsi barədə müddətin uzadılması üçün rüsum 1 ay üçün 30, 2 ay üçün 60, yetkinlik yaşına çatmayanlar üçün 15 manatdır.

Onun sözlərinə görə, bu dönəmlərdə ikinci müddət bitəndən sonra həmin şəxslər üçün rüsum ödənişi və müraciət tələb edilmir: "Sadəcə həmin şəxslər sərhədlər, gediş-gəliş açılandan sonra ölkədən getməlidirlər. Onda da DMX bildirəcək ki, həmin şəxslər hansı müddətə ölkəni tərk etməlidilər".

Readmisiya məsələlərinə toxunan xidmət rəisi bildirdi ki, bunula bağlı xarici tərəfdaş qurumların məlumatlandırılıb. Onun sözlərinə görə bu məqsədlə heç bir geri qaytarılma olmayıb. Ölkədə qaçqın statusu da dayandırılmışdı, artıq qəbul edilir. Xidmət pandemiya dövründə fasiləsiz, gücləndirilmiş iş rejimində çalışıb. Bu gün “ASAN xidmət” fəaliyyətini bərpa etdiyinə görə miqrasiya xidmətləri üçün müraciət etmək istəyənlər ora gedə bilərlər.

Bununla bağlı DMX tərəfindən ətraflı məlumat veriləcək.

Bu kateqoriyadan digər videolar
Digər videolar