Ən çox izlənən videolar

Biçinə hazırlıq yekunlaşır - VİDEO

Azərbaycanda taxıl biçininə hazırlıq işləri yekunlaşmaq üzrədir. Ayın sonundan başlayacaq biçin prosesinə 1700-ə qədər kombaynın cəlb olunması gözlənilir. Artıq mövcud kombaynların texniki vəziyyəti ilə bağlı monitorinq keçirilib. Kombaynların dislokasiyası aparılıb. GPS cihazları sazlanıb. nasaz vəziyyətdə olan texnikaların təmiri işləri həyata keçirilir.

Bu il əvvəkli illərdən fərqli olaraq təkrar əkin üçün xüsusi proqram hazırlanıb. Təxminən 100 min hektar sahədə təkrar əkin planlaşdırılır. Bunun üçün nazirlikdə operativ qrup fəaliyyət göstərəcək.

Taxıl biçini iyulun ortalarına qədər davam edəcək. Biçin başa çatdıqdan sonra taxıl sahələrinin yandırılmaması üçün fermerlerlə xüsusi maarifləndirmə işləri aparılıb.

REAL
 

Bu kateqoriyadan digər videolar
Digər videolar