Ən çox izlənən videolar

"OPEC+" öhdəliyimizin 98%-i icra edilib - VİDEO

Mayın birinci on günlüyü üçün Azərbaycan neft hasilatının azaldılması ilə bağlı öhdəliyinin 98 faizini icra edib.

Energetika naziri Pərviz Şahbazov bildirib ki, Azərbaycan xarici və yerli neft istehsalçılarının bu prosesdə bərabər şərtlər çərçivəsində iştirakına nail olaraq, neft sektorunun bütün imkanlarını öhdəliklərinin icrasına yönəldib. May-iyun aylarında gündəlik hasilatın 164 min barrel azaldılması üçün bütün zəruri tədbirləri görməklə neft bazarına töhfə vermək əsas hədəflərdəndir.

REAL məlumat verir ki, OPEC+ razılaşmasının icrası SOCAR-da da müzakirə olunub. Dövlət Neft Şirkətinin prezidentinin sədrliyi ilə onlayn müşavirə keçirilib.

Dünya neft bazarının sabitləşdirilməsi məqsədilə ilk dəfə olaraq böyük həcmlərdə öhdəliklər götürmüş Azərbaycan kvotasına uyğun olaraq mayın 1-dən gündəlik neft hasilatını azaldır.

Kvotalara müvafiq olaraq ölkəmizdə gündəlik xam neft hasilatının həcmi iyulun 1-dən ilin sonunadək 587 min bareli, 2021-ci ilin yanvar-2022-ci ilin aprelində isə 620 min bareli keçməməlidir.

Beynəlxalq Enerji Agentliyinin hesabatına görə, may ayında gündəlik qlobal neft tədarükü 12 milyon barel azalaraq 88 milyon barel olacaq. bu, son doqquz ilin ən minimum səviyyəsidir.

Bu kateqoriyadan digər videolar
Digər videolar