Ən çox izlənən videolar

İstanbulda həftəsonu qadağası - VİDEOREPORTAJ

Həftəsonları çörəkçi çörəyini məhlə məhlə gəzib alıcısına çatdırır. Çünki ən kiçiyindən tutmuş böyüyünə qədər bütün marketlər bağlıdır...

Türkiyə pandemiyanın 7-ci həftəsini yaşayır.

Həftə sonları evdən çıxmaq qadağandır. 31 şəhərdə eyni vəziyyət müşahidə edilir. Səssiz-kimsəsiz küçələr.



Eyvandan-eyvana danışmaq qadağan deyil. Yetərki "COVID-19"a yoluxmamaq üçün sosial məsafə qorunub saxlansın.

Evdən çıxmaq qadağasının şamil edilmədiyi vəzifə sahibləri isə iş başındadır.




Magistral yollarda və prospektlərdə polis postları qaydaların pozulmamasına nəzarət edir. İctimai nəqliyyat iş girişi və çıxışı saatlarında fəaliyyət göstərir. İnterval bir neçə saatdır.

İstanbulun ən məşhur məkanları. İndi hər yerdə sükut hökmranlıq edir. İnsan qələbəliyinin səsini sahilboyu qağayıların küyü əvəz edir.



Karantin rejiminin tətbiq edilməsi sözsüz ki, sahibkarlara da təsirini göstərib. Məkanına görə həftə sonları bütün masaları dolu olan restoranlar indi tamamilə boş qalıb. Küçəyə çıxmaq qadağası onlara da aid deyil. Sifariş qəbul edə bilərlər.




Karantin çıxış qaydalarında əsasən qeyri-müəyyən vaxtadək restoranlarda masalar arasındakı məsafə 1,5 metrdən az olmayacaq. Sahibkarlara isə onların müflis olmaması üçün lazımi dəstək veriləcək... Pandemiya isə təksə restoran sahiblərinə deyil müxtəlif sahələrə öz təsirini göstərib.



Çörəkçilər də küçəyə çıxmaq qadağasından kənarda qalan şəxslərdir. Onların əsas vəzifəsi gün ərzində çörək paylayan şirkətləri təmin etməkdir. Fəaliyyət zamanı gigiyena qaydalarına əməl edilməsi şərtdir.



Mağazalarda sosial məsafənin qorunması vacibdir. Masqasız hər hansısa bir məkana daxil olmaq isə qadağandır.

Beləliklə İstanbul daha bir həftə sonunu geridə qoyur. Məlum olan odur ki, bu vəziyyət hələ 3 həftə də davam edəcək. Verilən qərara əsasən Ramazan ayı bitənə qədər həftəsonları Türkiyənin 31 şəhərində küçəyə çıxmaq qadağan ediləcək. Bir neçə həftədir tətbiq edilən qadağaların nəticəsi isə özünü yoluxma sayının azalması ilə göstərməyə başlayıb.

Türkiyə yeni yoluxma dalğası gözləmir. İndi May hər kəsin xoş xəbər gözlədiyi aydır.

Bu kateqoriyadan digər videolar
Digər videolar