Ən çox izlənən videolar

Biz birlikdə güclüyük - VİDEO

Koronavirus pandemiyasının ölkə iqtisadiyyatına, o cümlədən, aztəminatlı ailələrin vəziyyətinə mənfi təsirlərinin azaldılması üçün Milli Məclisin deputatları da təmsil etdikləri seçki dairələrinin ərazisində yardım tədbirləri həyata keçirilər.

Milli Məclisin vitse-spikeri Adil Əliyevin təşəbbüsü ilə 40 ailəyə maddi, mənəvi və psixoloji yardım göstərilib.

121 saylı Laçın seçki dairəsindən millət vəkili seçilən Mahir Abbaszadə isə aztəminatlı, tənha yaşayan 100 ailəyə yardım edib. Ərzaq yardımı Bakı, Abşeron və Sumqayıt şəhərlərində müvəqqəti məskunlaşan Laçın rayon sakinlərinə paylanılıb. Məqsəd risk qrupuna daxil olan insanların evdə qalaraq virusa yoluxmaqdan qorumaqdır. Millət vəkili seçiciləri ilə onlayın görüş keçirib, virusun tez bir zamanda qarşısının alınması məqsədilə həyata keçirilən sosial izolyasiya tədbirlərinə riayət edilməsi tövsiyə edib.

Milli Məclisin deputatı Cavid Osmanov da aztəminatlı, tənha yaşayan 200 ailəyə ərzaq yardımı edib. Ərzaq yardımlarını Yeni Azərbaycan Partiyasının Ağdaş rayon təşkilatının fəalları tərəfindən ailələrə çatdırılıb. Yardım aksiyasında Ağdaş sahibkarları da iştirak ediblər.

Bu kateqoriyadan digər videolar
Digər videolar