Ən çox izlənən videolar

Dövlət heç kimi qayğıdan kənar qoymur - VİDEO

Adi vətəndaşlar koronavirusa qarşı tədbir görsələr də, səfillər öyrəşdiyimiz dillə desək bomjlar hələ də öz adi həyat tərzi ilə yaşayırlar.

Havanın isti ya da soyuq olmamasına baxmayaraq küçədə yemək yeyir, elə küçədə də yatırlar. Və təbii ki, virusa yoluxmamaq üçün heç bir tədbir görmürlər. Belə olduğu halda bu insanların koronavirusa yoluxma riski daha çoxdur.

Bəs dövlət bu insanlar üçün hansı tədbirləri görür?

Məsələ ilə maraqlanmaq üçün bu məqsədlə Dövlət Sosial Müdafiə Fondunun nəznində yaradılan sığınacağa yollandıq. Mərkəzin direktoru Saday Abdullayev bildirdi ki, baxımsız, təhlükəli və kimsəsiz vəziyyətdə yaşayan vətəndaşlarımız barəsində yerli icra hakimiyyəti orqanlarından, həmçinin yerli polis bölmələrindən Dövlət Sosial Müdafiə Fonduna müraciət daxil olarsa, dərhal həmin vətəndaş sığınacağa yerləşdirilir. Və sığınacağa yerləşdikləri andan etibarən 14 gün karantində saxlanılırlar.

Bu kateqoriyadan digər videolar
Digər videolar