Ən çox izlənən videolar

Azərbaycan "OPEC+"un videokonfransında - VİDEO

Azərbaycan neft bazarının sabitləşdirilməsi məqsədilə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin videkonfrans formatında planlaşdırılan görüşünə qatılaraq, neft bazarının qlobal şəkildə tənzimlənməsi prosesinə töhfə verməyə hazırdır. Dünya neft bazarı hazırda iqtisadi aktivliyin zəifləməsi ilə əlaqədar neftə qlobal tələbatın kəskin azalması və neft ehtiyatlarının artmasının yaratdığı çətinliklərlə üzləşib. Energetika Nazirliyindən Real-a verilən məlumata görə, neftə qlobal tələbin azalması, təxminən, gündəlik 10-15 milyon barrel civarında qiymətləndirilir.

Millət vəkili Vüqar Bayramov OPEC+-un gözlənilən iclasını neft bazarı üçün dönüş nöqtəsi hesab edir. O, tərəflərin neft hasilatını azaltmaqla bağlı razılığa gələcəyi təqdirdə dünya bazarında neftin qiymətinin 40-50 dollar intervalına qədər yüksələcəyini, əks təqdirdə isə qiymətlərin 10 dollara qədər enəcəyini proqnozlaşdırır:

Bu arada, Rusiya prezidenti Vladimir Putin ölkəsinin OPEC+ çərçivəsində, xüsusən də konkret olaraq ABŞ ilə razılaşmalara hazır olduğunu bildirib.
"Biz tərəfdaşlarımızla OPEC+ formatı çərçivəsində razılaşmalara, həmçinin bu məsələdə Amerika Birləşmiş Ştatları ilə əməkdaşlıq etməyə hazırıq. Hesab edirəm ki, bu əlaqələndirilmiş səylər, əlaqələndirilmiş istehsal nəticəsində bazarı tarazlaşdırmaq və azaltmaq üçün səyləri birləşdirmək lazımdır", - Rusiya prezidenti qlobal bazarlardakı vəziyyətlə bağlı iclasda çıxışı zamanı deyib.
O vurğulayıb ki, ilkin hesablamalara əsasən, burada söhbət həcmlərin, təxminən, gündəlik 10 mln. barelə qədər azaldılmasından gedir.

Xatırladaq ki, martın 6-da "OPEC+" ölkələrinin Vyanada keçirilən rəsmi iclası zamanı aparılan danışıqlar uğursuzluqla nəticələnib. Rusiya və bir sıra qeyri-OPEC ölkələri koronavirusla əlaqəli vəziyyətə cavab olaraq gündəlik neft hasilatını bir qədər də (1,7 mln. bareldən əlavə daha 1,5 mln. barel) azaltmaq təklifini qəbul etməyib. Nəticədə, tərəflər bir razılığa gəlməyib və aprelin 1-dən əvvəlki alyans üzvlərindən heç biri hasilatı məhdudlaşdırmaq öhdəliyini daşımır.

REAL

Bu kateqoriyadan digər videolar
Digər videolar