Ən çox izlənən videolar

Bakıda cibgir saxlanılıb - VİDEO

Bakıda cibgirliklə məşğul olan şəxs saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsi və Nizami RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 2-də Bakı şəhər sakini bir qadının cibindən mobil telefonunu oğurlamaqda şübhəli bilinən Göyçay rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 6 dəfə məhkum olunmuş Rövşən İsmayılov saxlanılıb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun paytaxt sakini Rəvan Rzayevin mobil telefonunu və daha bir qadının pul kisəsini oğurlaması da müəyyən edilib.

Faktlarla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Rövşən İsmayılov paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur.
 

Bu kateqoriyadan digər videolar
Digər videolar