Ən çox izlənən videolar

Şəxsi avtomobillər üçün əlavə icazəyə ehtiyac yoxdur - VİDEO

Nazirlər Kabineti koronavirus infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında qərar aprelin 5-i saat 00:00-dan etibarən qüvvəyə minir. Belə ki, COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Qərarına əsasən, vətəndaşlar təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaq, ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti və yaxın qohumunun dəfnində iştirakla əlaqədar yaşayış yerlərindən çıxa bilərlər. Bu şəxslər yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər. Vətəndaşları maraqlandıran digər məqam isə şəxsi və ya etibarnamə ilə idarə etdikləri avtomobillərdən yararlana bilib-bilmələridir.

Bu kateqoriyadan digər videolar
Digər videolar