Ən çox izlənən videolar

Azərbaycan tarixinin acı səhifəsi - VİDEO

1918-ci il Azərbaycanın tarixində yaddaqalan hadisələrlə zəngindir.Bu ildə bizim uğurumuz da olub məğlubiyyətimiz də Bu ildə göyə 3 rəgli bayraq da qaldırmışıq, ağ bayraq da. Üçrəngli bayrağımızdan müstəqil cumhuriyyətimizdən mayda danışacağıq.Hələlik martda qaldırdığımız ağ bayraqdan danışaq.Ermənilərin Bakıda və Azərbaycanın əlsər qəzalarında törətdiyi qırğınlardan.Nə baş veriridi Bakıda Ermənilər niyə fəallaşmışdılar.Stepan Şaumiyanın hələ fevral ayından Bakinskiy raboçi qəzetində “muxtariyyət arzu edən müsavatçılar bir yığın xarabalıqlar əldə edəcəklər” açıqlaması qırğınların anaonsu idimi.Əlbəttə heç nə təsadüfi olmur.Bakı mart qırğınlarının astanasında idi.Kiçik bir qığılcım alova çevrilə bilərdi.Və çevrildi də .Hacı Zeynalabidin Tağıyevin oğlu Məhəmmədin ölməsi prosesləri sürətləndirdi.Məhəmməd Lənkərandakı Azərbaycanlılardan ibarət vəhşi diviziyanın zabiti idi.Hacı Zeynalabidinin milyonları olmasına baxmayaraq oğlunu bərkə boşa salmağı tərci etmişdi.O da Lənkərandakı vəhşi diviziyada özünü sınayırdı.Amma sınaqdan üzüağ çıxmadı.O cümlədən Bakı , həmçinin Azərbaycanın bir çox bölgələri də.Mart ayının 27-də müsəlman diviziyasının zabit və əskərlərindən ibarət Tağıyevin oğlu Məhəmmədin dəfnində iştirak etmək üçün Evelina gəmisində Lənkərandan Bakıya gəlir.Dəfndən sonra martın 29-da Lənkərana geri qayıtmağa hazırlaşan dəstə guya şəhərdə silahlı qarşıdurmanın və qan tökülməsinin qarşısını almaq istəyən bolşeviklər tərəfindın saxlanılır və tərkisilah edilir.

48 nəfərdən ibarət Azərbaycanlı hərbçilərin tərkisilah edilmısi Bakı və ətraf kəndlərin müsəlman əhalisinin qəzəbinə səbəb olur.1918 ci il martın 30-da şəhərin müxtəlif hissələrində Azərbaycanlıların qeyri mütəşəkkil etiraz mitinqləri başlayir .Mitinq iştirakçıları Azırbaycanlı hırbi qulluqçuların silahlarının qaytarilmasını və eyni zamnada Bakıda Erməni hərbi birləşmələrinin də tərkisilah edilmısini tələbn edirlər.Azərbaycan Milli qüvvələrinin şəhərdə gərginliyi daha da dərinləşməsinin qarşısını almaq üçün göstərdikləri cəhdlər son nəticədə təsirsiz qalır.Müsavatçıların açıq söz qezeti müsəlman əhalisinə emosiyalara qapılmamaq çağırışı ilə müraciət etsə də silahlı qarşıdurma başlanılr.Bakı belə müsibəti heç vaxt görməmişdi.1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşağın qətli ilə nəticələndi.Martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik etdiyi erməni bolşevik dəstələri Bakıda minlərlə insanı qətlə yetirib, müsəlman ziyarətgahlarını yandırıb, Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə edib. Kütləvi qırğınlar zamanı şəhərin ən möhtəşəm məscidi sayılan Təzəpir məscidi aramsız top atəşinə tutulub, ermənilər Bakının ən möhtəşəm memarlıq incilərindən olan “İsmailiyyə” binasını yandırdıılar.Soyqırım siyasəti təkcə Bakı şəhəri ilə məhdudlaşmayıb. Həmçinin, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı törədiblər.

Bu kateqoriyadan digər videolar
Digər videolar