Ən çox izlənən videolar

Memorial kompleksə onlayn ziyarət - VİDEO

Quba Soyqırımı Memorial Kompleksinə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar onlayn ziyarət təşkil ediləcək.

Bu barədə REAL-a Quba Soyqırımı Memorial Kompleksindən məlumat verilib.

Bu addım dünyada koronavirusun yayılması və ölkədə bu infeksiya ilə mübarizə tədbirləri çərçivəsində atılıb: "İnsanların sıx toplaşması qadağan edildiyindən abidəyə "Facebook" səhifəsindən səyahət etmək mümkündür. Səhifədə kompleks barəsində ətraflı məlumatlar var”.

Qeyd edək ki, Quba məzarlığı 2007-ci il aprelin 1-də ərazidə qazıntı işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.

Bu kateqoriyadan digər videolar
Digər videolar