Ən çox izlənən videolar

“Azəriqaz“dan sosial aksiya - VİDEO

“Azəriqaz” İstehsalat Birliyi Azərbaycan Respublikasının Hökuməti tərəfindən koronavirus infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə atdığı addımlara dəstək olaraq sosial aksiyaya start verib.

Martın 29-dan etibarən #evdəqal çağırışlarına uyğun olaraq evlərini tərk etməyən 65 yaşdan yuxarı abonentlərə “Azəriqaz” İstehsalat Birliyi də yardımçı olacaq.

Bu yaş kateqoriyasına aid olan şəxslər Birliyin 104/185 saylı Çağrı Mərkəzi ilə əlaqə saxlamaqla nəyə ehtiyac duyduqlarını bildirə bilərlər. Bundan başqa bu barədə (+99477) 3 104 104 saylı "Whatsapp" nömrəsinə mesaj da göndərə bilərlər.

Qeyd edək ki, Mart ayının 29-dan etibarən Azərbaycanda xüsusi karantin rejimi gücləndirilib.

Bu kateqoriyadan digər videolar
Digər videolar