Ən çox izlənən videolar

Marketlərdə qabaqlayıcı tədbirlər - VİDEO

Ərzaq məhsullarının satışı ilə məşğul olan müəssisələrdə çalışan işçilərin gün ərzində bir çox insanla yaxın təmasda olduğunu nəzərə alaraq, birdəfəlik istifadə edilən
maska, əlcək, həmçinin dezinfeksiya məhlulundan istifadə edirlər.

Qaydaya əsasən marketlərdə insanların ən sıx toplaşdığı yerlərin kassaların qarşısı olduğunu nəzərə alaraq, koronavirus xəstəliyi ilə bağlı vəziyyət
normallaşana qədər marketlərdəki hər bir kassa fəaliyyət göstərməlidir.

Həmçinin kassaların qarşısında növbədə duran insanlar bir-birlərindən 2 metrlik məsafədə dayanmalıdırlar. Baş çəkdiyimiz marketlərin çoxunda bu qaydalara əməl olunduğunu gördük.

Ərzaq məhsullarının satışı ilə məşğul olan marketlərlə yanaşı, tibbi avadanlıqların satışını həyata keçirən marketlərin də fəaliyyəti ilə tanış olduq. Burda da eyni qayda ilə müştərilərin əllərini dezinfeksiyaedici aparat quraşdırılıb. Eyni zamanda həm müştərilər arasında həm də müştərilərlə işçilər arasında 2 metrlik məsafənin saxlanılmasına riayət edilir.

Bu kateqoriyadan digər videolar
Digər videolar