Ən çox izlənən videolar

Az işçi ilə maksimum iş görmək - VİDEO

Bugündən etibarən “Azəriqaz” İstehsalat Birliyi yeni iş rejiminə keçir. Qurumda çalışanların bir qismi əmək haqqı saxlanılmaqla növbədənkənar məzuniyyətə göndərilir. Bu addım Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə atılıb. Belə ki, qurumun əməkdaşları martın 29-dan aprelin 29-dək bir qrup əməkdaşını əmək haqqı saxlanılmaqla növbədənkənar məzuniyyətə göndərilir. Lakin eyni zamanda imkanlar elə səfərbər ediləcək ki, xidmətlərin göstərilməsində qüsur və fasilə yaranmasın.

Yaşı 60 yaşdan yuxarı olan şəxslər, öhdəsində azyaşlı uşağı olan qadınlar, onkoloji və ya ağciyər xəstəliyi olan şəxslər, özünün və ya ailə üzvlərindən birinin qrip, soyuqdəymə, halsızlıq və digər bu kimi halları olanlar, xroniki xəstəliyi olanlar növbədənkənar məzuniyyətə göndəriləcək. Məzuniyyət siyahısı tərtib edilərkən digər məqamlar da nəzərə alınıb.

Onu da qeyd edək ki, bu qərar təkcə ştat cədvəli ilə çalışanlar deyil, xidməti müqavilə ilə işə cəlb olunanlara da, yəni sosial yardım alan fərdi sahibkarlara şamil olunur.
 

Bu kateqoriyadan digər videolar
Digər videolar