Ən çox izlənən videolar

“Dost“ Agentliyi xüsusi rejimdə - VİDEO

Ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə bir çox tədbirlər həyata keçirilir, müvafiq dövlət qurumları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən elan olunmuş xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq vətəndaşlara xidmət sahələri fəaliyyətini xüsusi gücləndirilmiş rejimdə həyata keçirirlər. DOST agentliyi də bu proseslərdə aktiv iştirak edir. Son günlər ərzində 142 çağrı mərkəzinin fəaliyyətinin gücləndirilməsi sahəsində aktiv işlər aparılır, belə ki, hazırda DOST agentliyinin əhaliyə xidmət göstərən 100 operatoru iş başındadır. Bunu Reala açıqlamasında agentliyin idarə heyətinin sədri Fərid Məmmədov bildirdi.

Fərdi Məmmədov bildirdi ki, Yaşı 65-dən yuxarı şəxslərin ev şəraitində qalmasını nəzərə alaraq həm DOST agentliyi, o cümlədən ƏƏSMN-nin digər strukturları bu prosesə aktiv qoşularaq və bu kateqoriyadan olan əhaliyə ev əşraitində sosial xidmətlərin göstərilməsi həyata keçirir.

Bu xidmətlərə DOST agentliyinin sosial işçiləri və 30-dan çox könüllüsü ilə yanaşı digər qurumların könüllüləri də qoşulub.

Bu kateqoriyadan digər videolar
Digər videolar