Ən çox izlənən videolar

GİN və MOK-un bəyanatı, VİDEO

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi Tokio-2020-nin təxirə salınmasına dair birgə Bəyanat yayıb.

Bəyanatda bildirilir ki, Yaponiyanın Baş naziri Sindzo Abe Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxa bütün dünyanı cənginə almış koronavirusun yarada biləcəyi təhlükə ilə bağlı Tokio 2020 Yay Olimpiya oyunlarının növbəti, 2021-ci ilə keçirilməsi barədə təklif irəli sürmüş və qarşı tərəfdən müsbət cavab almışdır.

Azərbaycan müstəqilliyi dövründə Olimpiya oyunlarında daim fəal iştirak edən və nəticə etibarı ilə ön sıralarda yer almış ölkələrdəndir. Idmançılarımızın oyunlara hazırlığı mühüm əhəmiyyət kəsb edərək, daim xüsusi proqram əsasında aparılıb.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, oyunların 2021-ci ildə reallaşması ilə bağlı bəzi tədbirlər həyata keçiriləcək.

- oyunların başlanmasına qalan 1 il ərzində hazırlıq öncədən işlənilmiş sistem əsasında aparılacaq.

-2020-ci ildə hazırlığın ən yüksək pilləsinə çatan idmançıların gələn ilə kimi formada qalmaları üçün nəzarət proqramı sistemli şəkildə davam etdiriləcək.

- federasiyalar tərəfindən ehtiyatda olan idmançıların siyahısı hazırlanacaq.

- gənc və perspektivli idmançılarla iş gücləndiriləcək.

- karantin müddətinin davam etdiyi zamanda idmançıların səhhəti öncədən yoxlanılıb testdən keçirildiyindən sonra xüsusi şəraitdə, nəzarət altında təlim məşq toplanışları davam etdiriləcək.

Xatırladaq ki, ötən gün Beynəlxalq Olimpiya Komitəsi Tokio Yay Olimpiya Oyunlarını 2021-ci ilə kimi təxirə salındığını açıqlayıb. İyulun 24-dən avqustun 9-dək keçirilməli olan Yay Olimpiya Oyunlarının hansı ayda reallaşacağı yaxın vaxtlarda açıqlanacaq.

Bu kateqoriyadan digər videolar
Digər videolar