Ən çox izlənən videolar

Paytaxtda dezinfeksiya işləri - VİDEO

Dezinfeskiya işləri çərçivəsində Heydər Əliyev prospektində yol kənarlarında piyada səkiləri, Avtobus dayanacaqları, zibil qutuları eləcədə məhəllələr, İnsanların asudə vaxtlarını keçirəcəyi yerlərdə,oturacaqlar və söhbətgahlar dezinfeksiya olunur.

Nərimanov rayon Mənzil Komunal Təsərrüfat Birliyinin rəisi Elçin Həşimovun bildirdi ki,rayon ərazisində tibbi-profilaktik tədbirlər davam olaraq keçirilir.

Paytaxtın Nərimanov rayonu ilə yanaşı Səbail rayonu Fəvvarələr meydanı eləcədə füzili küçəsində dezinfeskiya işləri aparılıb.

İnsanların kütləvi istifadə etdiyi yerlərdə gün ərzində iki dəfə olmaqla profilaktik tədbirlər görülür. Tibbi profilaktik işlər çərçivəsində park ərazisində oturacalar səkilər qazon örtüyü və zibil qutuları mütəmmadi olaraq dezinfeksiya olunur.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ qərargahın verdiyi qərara əsasən Mart ayının 24-dü saat 00:00-dan Aprel ayının 20-si saat 00:00-dək Ölkədə Xüsusi rejimli Karantin elan olunub.

Bu kateqoriyadan digər videolar
Digər videolar