Ən çox izlənən videolar

Tənha yaşayan şəxslərə yardım - VİDEO

Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərara əsasən 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilib. Bu kateqoriyadan olan tənha yaşayan şəxslərə isə qanunvericiliyə əsasən sosial xidmətlərin göstərilməsi təmin edilir.

Bizdə REAL TV olaraq tənha yaşayan Nadejda Babazadənin evində olduq.Nadejda xanıma xidmət göstərən Sosial xidmətçi Səriyyə xanım bildirdi ki,gün ərazində Nadejda xanımın təyziqini ölçür,dərmanlarını verir eləcədə yemək bişirir evində səliqə səhman yaradır.Səriyyə xanım onuda qeyd etdiki,Nadejda xanımdan əlavə bir neçə tənha yaşayan şəxslərə yardım göstərir.

Qeyd edək ki, koronavirus infeksiyasının Azərbaycan ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Sanitariya-epidemioloji saqlamlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycanda mart ayının 24-dən etibarən aprel ayının 20-dək xüsusi karantin rejimi elan edilib.

Bu kateqoriyadan digər videolar
Digər videolar