Ən çox izlənən videolar

Koronavirusa qarşı Quba rayonunda zəruri tədbirlər həyata keçirilir - VİDEO

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə Nazirlər Kabinetinin yanında operativ qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Quba rayonunda da zəruri tədbirlər həyata keçirilir. Rayon icra hakimiyyəti yanında aidiyyatı yerli dövlət qurumlarının rəhbərlərindən ibarət qərargah yaradılıb, idarə, müəssisə və təşkilat rəhbərlərinə virusun yayılmasının qarşısını almağa kömək edəcək tədbirlərin görülməsi tapşırılıb. Rayonda mövcud uşaq bağçalarında, məktəblərdə, idarə və təşkilatlara məxsus inzibati binalarda, çoxmənzilli yaşayış binaların pilləkən qəfəslərində və həyətlərində sanitar-dezinfeksiya işləri görülüb. Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssislərinin iştirakı ilə şəhərin küçələri xüsusi dezinfeksiyaedici maddələrlə yuyulur.

Qeyd edək ki, Nazirlər Kabineti yanında operativ qərargahın tövsiyələrinə uyğun vətəndaşların maarifləndirilməsi aidiyyəti qurumlar və rayon icra hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd İnzibati ərazi dairəsi üzrə nümayəndələri və bələdiyyələr vasitəsilə həyata keçirilir.

REAL

Bu kateqoriyadan digər videolar
Digər videolar