Ən çox izlənən videolar

Azərbaycan “Qran-Pri“si təxirə salındı - VİDEO

Formula 1 üzrə Azərbaycan Qran-Prisi təxirə salınıb.

Bu barədə yarış təşkilatçısının rəsmi tvitter səhifəsində paylaşım edilib.

Bildirilib ki, iyun ayında reallaşmalı olan Bakı mərhələsi keçirilməyəcək. Buna səbəb koronavirus pandemiyasının bütün dünyada sürətlə yayılmasıdır.

Beləliklə də mövsüm iyunun 14-də Monreal şəhərindəki Kanada Qran-Prisi ilə start götürəcək. Lakin bu da hələ dəqiq deyil. Çünki hazırkı vəziyyətə əsasən, Kanada bütün sərhədlərini xarici ölkələrin üzünə bağlayıb.

Xatırlada ki, Azərbaycan Qran-Prisi iyunun 5-i 7-si aralığında keçirilməli idi.

Formula 1 rəhbərliyi daha əvvəl Avstraliya və Monakodakı yarışları ləğv edib, Çin, Bəhreyn, Vyetnam, Niderland və İspaniya Qran-prilərini isə təxirə salıb.

Bu kateqoriyadan digər videolar
Digər videolar