Ən çox izlənən videolar

Narkotik vasitə saxlayan şəxs yaxalanıb - VİDEO

Xızı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələri qanunsuz olaraq saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
 

REAL xəbər verir ki, Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Şorabad qəsəbə sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Sərxan Mirzəyev qəsəbə ərazisində saxlanılıb.

Sərxan Mirzəyevin ətrafında aparılan tədbirlərlə onun digər cinayətlərinin də üstü açılıb.

Belə ki, S.Mirzəyevin cari ilin fevral ayında yaşadığı qəsəbə ərazisində iki fərdi yaşayış evindən məişət əşyaları və avadanlıqları oğurlayaraq dəyərindən ucuz qiymətə satdığı müəyyən edilib.

Qeyd olunan faktlarla bağlı Xızı RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.

Bu kateqoriyadan digər videolar
Digər videolar