Ən çox izlənən videolar

Olimpiada 4 illiyin hesabatıdır - VİDEO

“Tokio-2020 4 illik fəaliyyətin hesabatıdır. Olimpiya Oyunlarında idmançılar maksimum güclərini ortaya qoyaraq, nəyə qadır olduqlarını göstərməyə çalışırlar.”

Bu sözləri Gənclər və İdman naziri Azad Rəhimov deyib. Atletlərimizin əvvəlki uğurlarını xatırladan nazir, bu il də komandamızın üzvlərinin etimadı doğruldacağına inandığını bildirib.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə isə böyük yarışların təşkilində əsasən 2 sütunun olduğunu vurğulayıb.

Tokio-2020 Yay Olimpiya Oyunlarının ulduz səfirlərinin adları açıqlanıb. Dördilliyin ən mötəbər turnirinin ölkəmizdəki təbliğatı ilə məşğul olacaq azərbaycanlı məşhurlar müəyyənləşib. Bunlar Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri, eyni zamanda Tokio-2020-də Azərbaycan millisinin şef-de-missionu olacaq Fərid Mansurov və son mötəbər yarışlarda ulduz səfir funksiyasını yerinə yetirən xalq artisti Tünzalə Ağayevadır.

Həmçinin, karyerasını davam etdirən atletlərdən - güləşçimiz Hacı Əliyev, karateçimiz Rafael Ağayev, taekvondoçumuz Fəridə Əzizova və cüdoçumuz Rüstəm Orucov ulduz idmançı səfir funksiyasını daşıyacaqlar.

Xatırladaq ki, Tokio-2020 Yay Olimpiya Oyunları iyulun 24-ü avqustun 9-u, Yay Paralimpiya Oyunları isə avqustun 25-i, sentyabrın 6-sı aralığında reallaşacaq.

Bu kateqoriyadan digər videolar
Digər videolar