Ən çox izlənən videolar

Xocalı soyqırımı-28 il - VİDEO

Xocalı faciəsinin 28-ci ildönümü münasibəti ilə Könlüm Xocalı adlı anım tədbiri keçirilib.

Tədbir Dövlət himninin səslənməsi və faciə qurbanlarının xatirəsinin yad olunması ilə başlayıb,ardınca iştirakçılara soyqırımı barədə xüsusi hazırlanmış təqdimat nümayiş edilib.

Tədbirdə Xocalı soyqırımının şahidləri, dövlət rəsmiləri, ölkədə fəaliyyət göstərən könüllü hərəkatları,həmçinin Polis Akademiyası, Ali Hərbi Akademiya və Dövlət Sərhəd xidməti Akademiyasının yüzlərlə müdavimi iştirak etdi.

Tədbir keçirilən məkanda Xocalı soyqırımını əks etdirən xarici və yerli fotqrafların lentə aldığı tarixi fotolardan ibarət sərgi təşkil olunub, həmçinin soyqırımı həqiqətlərindən bəhs edən nəşr və təbliğat materialları əks olunub.

Xatırladaq ki,1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni təcavüzkarları tərəfindən Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı həyata keçirildiyi soyqırımı nəticəsində bir gecəsə 106-sı qadın,63-ü uşaq,70-i ahıl insanlar olmaqla 613 nəfər xüsusi qəddarlıqla qətlə yetirilib.Qeyd edək ki,tədbir Gənclər Fondunun təşkilatçılığı ilə keçirilib.

Bu kateqoriyadan digər videolar
Digər videolar