Ən çox izlənən videolar

“Xocalı soyqırımı və itirilmiş ədalət“ (VİDEO)

Fevralın 25-də Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı Səfirliyinin dəstəyi ilə Misirin nüfuzlu rejissor və ssenaristləri tərəfindən “SOİC” Kinomotoqrafiya şirkətinin yeni çəkdiyi “Xocalı soyqırımı və itirilmiş ədalət” adlı sənədli filmin ilk təqdimatı Səfirlikdə keçirilib.

Filmin təqdimatında Misirin ictimai-siyasi xadimləri, Misirin müxtəlif universitetlərinin doktor və professor heyəti, Misirin KİV-nin nümayəndələri, Azərbaycan diasporası iştirak etmişlər. Sözügedən filmdə sənədli video çarxlar və foto şəkillərdən istifadə olunmuş, film daxilində Misirin nüfuzlu ictimai-siyasi xadimlərindən müsahibələr alınmış və bədii sujetlər yerləşdirilib. 

“Xocalı soyqırımı və itirilmiş ədalət” sənədli filminin təqdimatı Misirin nüfuzlu və aparıcı mətbu orqanlarında geniş şəkildə işıqlandırılıb.

Bu kateqoriyadan digər videolar
Digər videolar