Ən çox izlənən videolar

Türkiyə-Naxçıvan sərhədi açıldı (VİDEO)

Türkiyə prezidenti R.T.Ərdoğanın tapşırığına əsasən Naxçıvan-Dilucu sərhəd məntəqəsində Türkiyə tərəfindən tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb və məntəqə artıq adi qaydada fəaliyyətini davam etdirir.

Azərbaycanda koronavirus infeksiyasının aşkarlanmamasına baxmayaraq, Türkiyənin Naxçıvan-Dilucu sərhəd məntəqəsini əvvəlcədən hər-hansı bir müzakirə aparılmadan və xəbərdarlıq edilmədən bağlaması Azərbaycan ictimaiyyəti tərəfindən təəccüb və narahatlıqla qarşılanmışdı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana fevralın 25-də gözlənilən səfəri ərəfəsində coğrafi baxımdan həssas bölgədə yerləşən Naxçıvanla sərhəddin bağlanmasına dair qərarın verilməsi birmənalı qiymətləndirilmirdi.

Azərbaycan ictimaiyyəti həm də Türkiyə Prezidentinin ölkəmizə səfəri zamanı digər məsələlərlə yanaşı, sərhədin bağlanmasının da yüksək səviyyədə müzakirə olunacağını və anlaşılmazlığın aradan qaldırılacağını gözləyirdi.

Türkiyə prezidentinin ölkəmizə safəri zamanı keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasında Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun da iştirak etməsi və onun Prezident İlham Əliyevin bilavasitə yanında oturması da diqqətdən yayınmadı. Ehtimal etmək olar ki, Vasif Talıbov xüsusi olaraq görüşə dəvət olunmuşdu.

Bütün bunlar onu deməyə əsas verir ki, Naxçıvan-Dilucu sərhəd məntəqəsi ilə bağlı yaranmış problemin aradan qaldırılması Azərbaycan Prezidentinin xüsusi diqqətində olub, məsələ ən yüksək səviyyədə qaldırılıb və müzakirə edilib.

Məhz bunun nəticəsidir ki, Naxçıvanın Türkiyə ilə sərhədinin açılması da bunun nəticəsi kimi qiymətləndirlir.

Dövlət Sərhəd Xidmətinin yaydığı məlumata görə, 25 fevral 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilmiş görüşdə Türkiyədən Azərbaycanın Naxçıvan Muxtar Respublikası istiqamətində yük nəqliyyat vasitələrinin və vətəndaşların hərəkətində yaranan məhdudiyyətlər müzakirə edilib. Mövcud vəziyyətlə bağlı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Rəcəb Tayyib Ərdoğan qarşısında məsələ qaldırılıb. Ərdoğan Türkiyənin “Dilucu” dövlət sərhədindən buraxılış məntəqəsindən yük nəqliyyat vasitələrinin Azərbaycanın Naxçıvan Muxtar Respubli­kasına “Sədərək” dövlət sərhəd buraxılış məntəqəsindən buraxılmalarına dair Türkiyənin aidiyyəti dövlət orqanlarının rəhbərlərinə göstərişlər verib. Fevralın 26-da saat 15:10 radələrindən etibarən yük nəqliyyat vasitələrinin buraxılışları bərpa edilib.

Bu kateqoriyadan digər videolar
Digər videolar