Ən çox izlənən videolar

Xocalı soyqırımı Parisdə anılıb - VİDEO

“Xocalıya ədalət” çağırışı soyqırımın 28-ci ildönümü ərəfəsində Fransanın paytaxtı Parisdə də səsləndirilib.

Ölkəmizin Fransadakı səfirliyinin və UNESCO yanında daimi nümayəndəliyimizin Parisin 4-cü rayonunda yerləşən Notre-Dame les Blancs-Manteaux kilsəsində təşkil etdiyi tədbirdə səfir Rəhman Mustafayev çıxış edərək soyqırımın beynəlxalq hüquqi və siyasi qiymətləndirilməsi, onun təşkilatçılarının və icraçılarının layiqincə cəzalandırılmasının bütövlükdə insanlığa qarşı yönəlmiş qəddar aktların gələcəkdə təkrarlanmaması üçün mühüm şərt olduğunu bildirib.

O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının, eləcə də digər beynəlxalq təşkilatların qəbul etdiyi qətnamə və qərarları xatırladıb və münaqişənin həlli istiqamətində Fransanın üzərinə xüsusi məsuliyyət düşdüyünü diqqətə çatdırıb.

Tədbirdə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupu rəhbərinin müavini Eldar Səmədov və Fransada yaşayan, Xocalının Kosalar kəndində anadan olmuş 14 yaşında doğma yurdundan didərgin düşmüş Mirzəyev Şahsuvar çıxış edərək Xocalı soyqırımı zamanı erməni silahlı qüvvələrinin dinc sakinlərə qarşı törətdiyi cinayətlərdən söz açıblar.

Bu kateqoriyadan digər videolar
Digər videolar