Ən çox izlənən videolar

Moskvada Xocalı “Fəryad”ı - VİDEO

Moskvadakı Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Xocalı soyqırımı qurbanlarının anım mərasimi keçirilib.

Anım mərasimində çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Xocalı faciəsinin xüsusi qəddarlıqla törədildiyini bildirib. O Qeyd edib ki, faciəni törədənlər məlumdur və məhsuliyyətə cəlb olunmalıdırlar ki, bu cur hadisələr təkrarlanmasın.

Tədbirdə çıxış edən Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, Sergey Markov ölkə ictimaiyyəti adından Xocalı soyqırımının 28-ci ildönümü ilə Azərbaycan xalqına dərin hüznlə baş sağlığı verərək, bildirdi ki, Xocalıda şüürlu olaraq təşkilati şəkildə dinc insanlar milli mənsubiyyətinə görə qətlə yetiriliblər.

"Bu vəhşilər 100-lərlə heç bir günahı olmayan dinc sakinlərin, qadınların və uşaqların qətlinə icazə verdilər. işğalçıların bu vəhşiliyini, insanlıqdan kənar, qana doymaz hərəkətlərini görərək vahiməyə gələn 100-lərlə insan milli mənsubiyyətinə görə təmizlənnərək bu torpaqları tərk etdilər. Məhz Xocalı soyqırımının törədilməsində də əsas məqsəd bu idi."

Rusiyalı tanınmış hərbi ekspert, "Milli Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko isə Müdafiəsiz, dinc sakinlərin qətlə yetirilməsinə heç vaxt və heç cür haqq qazandırıla bilməz dedi. Nəzərə çatdırıldı ki, Xocalı soyqırımı aktı heç vaxt unudulmayacaq.

Daha sonra anım mərasimində yazıçı Günel Anarqızı və şairə Leyla Bəyimin müəllifləri olduqları İsraildə çap olunan "Krik" ("Fəryad") kitabının təqdimatı keçirildi. Müəlliflər Qarabağ müharibəsindən bəhs edən kitab haqqında və bu kitabın İsraildə təqdimatı haqqında məlumat veriblər.

Tədbir Günel Anarqızının Azərbaycanın xalq artisti Fəxrəddin Manafov tərəfindən səsləndirilən "Ataya məktub" adlı söhbəti və Xocalı faciəsi haqqında filmin nümayişi ilə sona yetdi.

Bu kateqoriyadan digər videolar
Digər videolar