Ən çox izlənən videolar

93 saylı məktəbdə Xocalı anılıb (VİDEO)

Bu gün Nərimanov rayonunda Eldar Əliyev adına 93 nömrəli tam orta məktəbdə Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Məktəbin Azərbaycan dili və Ədəbiyyat müəlliməsi Şərafət Musayeva tərəfindən təşkil olunan tədbirdə məktəbin pedaqoji kollektivi hərbiçi valideynlər və şagirdlər iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Daha sonra Xocalı faciəsi qurbanlarının, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyu uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şagirdlərin ifasında Xocalı soyqırımına həsr edilmiş şeir, musiqi və səhnəciklər nümayiş etdirilib.

Məktəbin direktoru Xalidə İbrahimova tədbirin məqsədinin şagirdlərə tariximizi, qan yaddaşımızı aşılamaq, vətənpərvərlik hisslərini oyatmaq, Xocalı hadisələri barədə daha dolğun məlumat formalaşdırmaqdan ibarət olduğunu bildirdi.

Sonda tədbir iştirakçılarına ümumilli lider Heydər Əliyevin Xocalı soyqırımına həsr olunmuş tarixi çıxışı nümayiş olundu.

Bu kateqoriyadan digər videolar
Digər videolar