Ən çox izlənən videolar

Portuqaliyada evtanaziya leqallaşdırılıb - VİDEO

Portuqaliyanın birpartiyalı parlamenti ölkədə evtanaziyanın leqallaşdırılması haqqında qanun layihəsini dəstəkləyib.

Real xəbər verir ki, bu barədə ölkə mediyası məlumat verib.

Qeyd edilir ki, keçirilmiş səsvermə bu məsələ üzrə ikincidir.

Növbəti mərhələ müzakirədən və düzəlişlərin xüsusi komissiya tərəfindən təkmilləşdirilməsindən ibarət olacaq.

Ölkədə bununla bağlı referendumun keçirilməsinin təşəbbüskarı katolik kilsəsi olub. Kilsə evtanaziyanın qanuniləşdirilməsinə qarşı çıxır.

Məlum olub ki, qanun layihəsini ölkə əhalisinin 50 %-i dəstəkləyir. Rəyi soruşulanların dörddə biri buna qarşı çıxdığını bildirib.

Digərləri isə bununla bağlı suala qəti cavab verməyiblər.

Evtanaziya artıq Belçika, Lüksemburq və Niderlandda leqallaşdırılıb. Portuqaliya dördüncü ölkə ola bilər.

Bu kateqoriyadan digər videolar
Digər videolar