Ən çox izlənən videolar

Metroda təhlükəsizlik təlimi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti ilə birgə metronun “Azadlıq” stansiyasında “Xidmətin xilasedici qruplarının çağırış zamanı hərəkətləri” mövzusunda xüsusi-taktiki təlim keçirib.Təlim əsasən Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyətinin xəbərdaretmə sxeminə uyğun olaraq müəyyən edilmiş vaxt çərçivəsində təyin olunmuş ərazidə toplanışının yoxlanılması, xilasetmə və mühafizə işlərinin təşkili sahəsində təcrübələrinin artırılması, şəxsi heyətin Metropolitendə xilasetmə, mühafizə və ilkin təxirəsalınmaz tibbi yardımın göstərilməsi sahələri üzrə praktiki bilik və bacarıqlara daha dərindən yiyələnməsinə nail olmaq məqsədilə keçirilib.

Təlimin planına əsasən, ilkin olaraq Xidmətin idarə və dəstələrinin hazırlıq vəziyyətinə gətirilərək təlim üzrə sənədlərin dəqiqləşdirilməsi və hadisə yerinə yürüş həyata keçirilib. Hadisə yerində komanda-qərargah məntəqəsi və tibb məntəqəsi yaradılıb, şərti fövqəladə hallar rayonuna çatan mühafizəçilər Metropolitenin əməkdaşları ilə birlikdə stansiyanın ərazisini mühafizə edib, kənar şəxslərin stansiya ərazisinə daxil olmasının qarşısını alıblar.

Şərti baş vermiş hadisə yerinə çatmaq üçün xilasedicilər stansiya rəisinin göstərişlərinə uyğun olaraq təyin edilmiş bələdçilərlə hərəkət edərək, hadisə yerinə çatdıqdan sonra kəşfiyyat işlərinə başlayıblar.
Ən müasir xüsusi geyimlərlə və avadınlaqlarla təchiz olunmuş xilasedicilər tərəfindən kəşfiyyat zamanı qatarın relsdən çıxaraq şərti qəzaya uğraması, çoxlu sayda sərnişinlərin xəsarət alması barədə qrup komandirlərinə məlumat verilib.

Məlumat verildikdən sonra xilasedicilər dərhal xilasetmə işlərinə başlayıb, xilasetmə alət və avadanlığından istifadə edərək şərti qəzaya uğramış qatardan zərərçəkmişləri çıxararaq onlara ilk tibbi yardım göstərib və xərəklər vasitəsilə metropolitenin şəxsi heyəti ilə birlikdə təxliyə işlərini həyata keçiriblər.

Bu kateqoriyadan digər videolar
Digər videolar