Ən çox izlənən videolar

Xocalı Soyqırımı - 28 (VİDEO)

Xocalı Soyqırımının ildönümü ərəfəsindəyik.

Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında debatda da Xocalı Soyqırımdan söz açıldı.

Azərbaycan Prezidentinin üstünlüyü ilə keçən debatda Nikol Paşinyana lazımi cavab verildi.

Xocalı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elman Məmmədov "Real İntervyu"nun qonağıdır.

O, bildirib ki, Nikol Paşinyan da digər ermənilər kimi tarixi saxtakarlıqlarla məşğul olan biridir:

"Xocalı Soyqırımını Ermənistan Respublikasının Silahlı Qüvvələri törədib. Ermənistan Azərbaycan Respublikasına qarşı elan olunmamış müharibə zamanı Xocalıda Soyqırım törədib. Soyqırımda uzun illərdir xaricdə kök salan və daim müsəlman türklərə qarşı sui-qəsdlər törədən erməni terror təşkilatlarının müzdlu dəstələri iştirak ediblər. O dövrdə SSR-ə məxsus olan 366-cı Alay da özünün canlı qüvvəsi və texnikası ilə bu soyqırımda iştirak edib".

Bu kateqoriyadan digər videolar
Digər videolar